AZ

Deşam Mbappe ilə görüşəcək

Fransa yığmasının baş məşqçisi Didye Deşam komandadakı problemləri həll etməyə çalışır. Təcrübəli mütəxəssis xüsusilə Kilian Mbappe ilə bağlı məsələlərə nöqtə qoymaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, millinin lideri məşqçi ilə yola getmir. Bu səbəbdən o, yığmanın son oyunlarında iştirak etmədi. Deşam kapitanla tezliklə görüşmək və narazılığı aradan qaldırmaq niyyətindədir.

Mbappenin Deşamla barışacağı inandırıcı görünmür. Cütlük arasında nə baş veribsə, hücumçu yalnız məşqçinin dəyişəcəyi hald yığmaya dönəcəyini bildirib. Federasiya məşqçinin arxasında dayanıb, lakin əsas ulduzunu da itirmək istəmir. Hamı tezliklə barışıq əldə olunmasını arzulayır.

Mbappe fikrini dəyişməsə, millinin kapitan sarğısı İbrahima Konateyə tapşırılacaq.

Seçilən
11
futbolinfo.az

1Mənbələr