“Neftçi” Misli Premyer Liqasının 14-cü turunda qarşılaşacağı “Zirə” klubu ilə matçın hazırlığını başa vurub.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Komanda “Zirə” ilə matça itkilərlə çıxacaq. Azər Salahlı, Andre Şinyaşiki, Emin Mahmudov və Dembo Darbo zədə səbəbindən, Kilan Lebon isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, noyabrın 23-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Zirə” matçı saat 19:00-da başlanacaq.