AZ

İsrail ordusu 2024-cü ildə rekord sayda humanitar işçini qətlə yetirib

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ildə humanitar sahədə çalışan işçilərin ölüm sayının bütün əvvəlki rəqəmləri üstələdiyini və bu ili bütün dünyada yardım məqsədilə çalışanlar üçün ən ölümcül il etdiyini açıqlayıb.

Bu barədə “Report” BMT-dəki mənbələrə istinadən xəbər verirb.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, 281 nəfərin ölümünün əsas səbəbi Yaxın Şərqdə eskalasiyanın artması ilə bağlıdır. Bu rəqəm 2023-cü il ərzində qeydə alınmış 280 ölümlə bağlı əvvəlki rekordu artıq üstələyib.

“2024-cü il dünyanın ən çətin mühitlərində çalışan humanitar personal üçün ən faciəli il olub”, - OCHA-nın rəsmi nümayəndəsi Yens Lerke Cenevrədə keçirdiyi brifinqdə söyləyib.

Bundan əlavə, Əfqanıstan, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Sudan, Ukrayna, Yəmən və digər qaynar nöqtələrdə yüksək səviyyədə zorakılıq və təhdidlər qeydə alınıb.

OCHA-nın məlumatına görə, ölənlərdən 268 nəfəri yerli, 13-ü isə beynəlxalq işçi olub. Yens Lerke bildirib ki, bu rəqəmlər humanitar cəmiyyəti şoka salıb: “Humanitar işçilər bəşəriyyətin təklif etdiyi ən yaxşı şeyi edirlər, yardım göstərirlər. Amma rekord sayda öldürülürlər”.

"AzPolitika" xatırladır ki, işğalçı İsrail ordusi son bir ildə Yaxın Şərqdə humanitar təşkilatların 333 işçisini qətlə yetirib. Bundan Fələstin Dövlətinin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin soyqrımı siyasəti nəticəsində 13 ayda 44 mindən çox fələstinli şəhid edilib.

BMT humanitar işçilər üçün təhlükəsizlik tədbirlərinin artırılmasına çağırıb və onların dünyadakı münaqişələrdən zərər çəkənlərə yardım göstərilməsində əsas rol oynadıqlarını vurğulayıb.

Seçilən
26
12
turanpress.com

10Mənbələr