AZ

Azərbaycanda vəzifəli şəxs QƏZADA ÖLDÜ


Bu gün yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs məktəb direktoru imiş.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Məzrəli kənd sakini Əldursun Feyruz oğlu İsayevin idarə etdiyi "Toyota" markalı avtomobillə Aranlı kənd sakini Vüsal Teyyub oğlu Qənbəralıyevin sükan arxasında olduğu "Hyundai" markalı minik maşını toqquşub. Nəticədə Əldursun İsayev ölüb, Vüsal Qənbəralıyev isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ə. İsayev İmişli rayon təhsil sektorunda metodist, Məzrəli kənd tam orta məktəbində direktor və regional təhsil idarəsində çalışıb.

Ailəli idi və iki azyaşlı övladı vardı.


Seçilən
28
6
news24.az

10Mənbələr