BMT-nin Cənubi Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Qərb Sektor Komandanlığının Şamaa qəsəbəsindəki qərargahı artilleriya atəşinə məruz qalıb və 4 italyan sülhməramlısı yaralanıb.
Oxu24.com xəbər verir ki, UNIFIL Livan Komandanlığının bəyanatında deyilir.
Bu gün Şamaadakı Qərb Sektor Komandanlığının qərargahına 122 mm-lik mərmi düşüb və nəticədə dörd italyan sülhməramlısı xəstəxanaya yerləşdirilib.
Açıqlamaya görə, sülhməramlıların mövqelərinə düşən mərmilər böyük ehtimalla Hizbullah tərəfindən atılıb.
Nigar