AZ

Naxçıvanda tibbi aksiya - onkoloji müayinə və əməliyyatlar keçiriləcək

Dekabrın 5-6-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında onkoloji müayinə və əməliyyatlar keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aksiya Naxçıvan Sağlamlıq Mərkəzində olacaq.

Məqsəd xərçəngin erkən mərhələlərdə aşkarlanması, müalicə imkanlarının artırılması və insanlara sağlam gələcək üçün yeni ümidlər bəxş etməkdir. Naxçıvanda onkoloji sahədə keyfiyyətli xidmətlərin təqdim edilməsində, bu sahədəki bilik və təcrübənin artırılmasında da bu tədbirin önəmli rolu olacaq.

Seçilən
29
yeniazerbaycan.com

1Mənbələr