AZ

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə

Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.

"23 noyabr 2024-cü il tarixindən belə şəxslər Rusiya vətəndaşlığını əldə etməmiş hesab olunacaqlar və onların Rusiya vətəndaşlığına qəbul edilməsi barədə qərarlar etibarsız sayılacaq”, – deyə məlumatda vurğulanıb.

Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib. Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.

www.anews.az
Seçilən
1
16
anews.az

10Mənbələr