AZ

“Turan Tovuz” legionerini heyətdə saxlamaq istəyir

"Turan Tovuz" artıq indidən aparıcı oyunçuları ilə müqavilə müddətini artırmaq üçün danışıqlara başlayacaq.

Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi komandanın əsas heyət üzvü olan Emmanuel Hakmanı saxlamaq niyyətindədir.

Bölgə klubu 29 yaşlı toqolu futbolçunun müqavilə müddətini bir illik artırmağı planlaşdırır.

Hakmanın “Turan Tovuz”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Emmanuel karyerası ərzində “Vila Real”, “Boavişta”, “Aveş”, “Portimonense”, “Jil Visente”(hamısı Portuqaliya), “Mladost GAT”(Serbiya) klublarında oynamışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr