Bugün Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev, I və II Qarabağ müharibəsi qazisi, ehtiyatda olan zabit Cəmaləddin Məmmədov və digər ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidi, Masallı rayonunun Kəlbəhüseynli kənd sakini olmuş, şəhid Gözəlov Ziya Qarabala oğlunun şəhadətinin 4-cü ildönümü ilə bağlı şəhidin məzarını və doğmalarını ziyarət etmişlər.
44 günlük Vətən müharibəsi şəhidi Ziya Gözəlovun ailə üzvlərinə baş sağlığı və səbr diləmişlər.