AZ

COP29 çərçivəsində şəhərsalma sahəsinə dair müzakilər aparılıb (FOTO)

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar QuliyevCOP29 çərçivəsində Bakıda səfərdə olan bir sıra hökumətnümayəndələri ilə görüşüb.

Komitədən Trend-əverilən məlumata görə, əvvəlcə Malayziyanın Mənzil təminatı vəyerli hökumət naziri Nqa Kor Minq ilə keçirilən məhsuldar görüşdəşəhərsalma, infrastruktur və yerli idarəetmə sahələrindəəməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlıtəcrübə mübadiləsi sayəsində bu sahələrdə daha effektiv iş vəşəhərlərin davamlı inkişafı üçün birgə layihələr üzrə yeniimkanları nəzərdən keçiriblər. Anar Quliyev bu əməkdaşlığınAzərbaycan və Malayziyanın urbanizasiya sahəsində daha böyükuğurlarına və hər iki ölkədə həyat keyfiyyətinin yüksəlməsinəmüsbət təsir göstərəcəyini qeyd edib.

Tacikistan Respublikasının Memarlıq və İnşaat Komitəsinin sədriNizom Mirzozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutannövbəti görüş zamanı tərəflər ölkələr arasında təcrübəmübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyatakeçirilməsi məsələlərini müzakirə ediblər. Qonaqlar şəhərlərinmüasirləşdirilməsi və transformasiyası ilə yanaşı, ənənələrinqoruması sahəsində Azərbaycanın təcrübəsinə, habelə tarixi irs,müasir həllər və davamlı inkişafın harmoniyasını təmin edənşəhərsalmada innovativ yanaşmalara xüsusi maraq göstəriblər.

Anar Quliyev bu gün Sinqapur Milli İnkişaf Nazirliyinin Yaşanabilən Şəhərlər Mərkəzinin sədri professor Çonq Kun Hinin başçılıqetdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüşdə davamlı və yaşanabilən sağlam şəhərlər yanaşması, ekoloji həllər, qabaqcılşəhərsalma texnologiyaları və şəhər idarəçiliyininrəqəmsallaşdırılmasında Sinqapurun böyük təcrübəsinə xüsusi diqqətyetirməklə əməkdaşlıq perspektivləri müzakirə edilib. Sondatərəflər bir-birini Bakıda keçiriləcək Ümumdünya ŞəhərsalmaForumuna və Sinqapurda təşkil olunacaq Ümumdünya Şəhərlər Sammitinədəvət ediblər.

COP29-da təşkil olunan Şəhərsalma Günündə iştirak edən hər üçnümayəndə heyəti tədbirin uğurlu təşkili, habelə “Davamlı və SağlamŞəhərlər üçün Çoxsahəli Fəaliyyət” təşəbbüsü və Bakı DavamlılıqKoalisiyasının yaradılması münasibətilə səmimi təbrikləriniçatdırıb.

COP29
COP29
COP29
COP29
COP29
COP29
Seçilən
13
13
az.trend.az

10Mənbələr