AZ

“Turan Tovuz” – “Qarabağ” oyununda sübutlu şəkildə göstərmişdiz ki...” – AFFA İntizam Komitəsindən “Futbol+”ə cavab

“Araz-Naxçıvan” – “Sumqayıt” matçı bitəndən sonra sumqayıtlı azarkeşlər referi Kamal Umudlunu təhqir etsə də, buna görə klub cərimələnmədi.

Artıq neçənci dəfədi ki, matçın gedişində bəzi proseslər AFFA nümayəndələrinin gözündən qaçır. Bəs bununla bağlı hansısa tədbir görüləcəkmi? Bu sualı AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova ünvanladıq:

“AFFA nümayəndəsi tərəfindən yazı gəlməsə, biz heç nə edə bilmərik. Hansısa problemli məsələ, saytda və ya qəzetdə dərc olunursa, biz onu araşdırırıq. Məcəllədə var ki, kütləvi təhqir varsa, klub cərimələnir. Hüquq-mühafizə orqanları azarkeşləri sakitləşdirirsə, o zaman heç bir problem çıxmır. Yazı gəlməzsə, məsələyə baxılmır. Birdən-birə 3-4- məsələyə baxırıq. “Turan Tovuz” – “Qarabağ” oyununda sübutlu şəkildə göstərmişdiz ki, qonaq azarkeşlər pirotexniki vasitədən yararlandığı halda, Ağdam klubu cərimələnməyib. AFFA nümayəndəsindən izahat aldıq. Ola bilsin, AFFA nümayəndəsi həmin vaxt başqa sektorda olub, görməyib. Bəzi məsələləri hakimlər və hakim-insppektor da yazır. İnsandı da, necə deyə bilərik ki, həmin məsələni niyə yazmamısan? 30 azarkeşdən beşi təhqir edirsə, klubu da o qədər cəriməyə salmaq olmaz. Kütləvi təhqirlər olduğu, meydana kənar əşyalar atıldığı zaman AFFA nümayəndəsi yazır”.


ƏSƏD SEYİDOV
Seçilən
11
football-plus.az

1Mənbələr