AZ

ATİAHİ nümayəndə heyəti Türkiyədə

22-23 noyabr tarixlərində Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransı keçirilib. Tədbirdə 47 ölkədən 1574 elm və mədəniyyət nümayəndəsi iştirak edib. Azərbaycanı bu mötəbər tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Elmi konfransda Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə naziri Sadıq Gardiyanoğlu, Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylan, eləcə də Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Kosovo, Makedoniya, Rumıniya və İraqdan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri iştirak ediblər.

Konfrans çərçivəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransının fəxri münsiflər heyətinə üzv seçilib.

Qeyd edək ki, 2017-ci ildən etibarən Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşəbbüsü ilə təşkil olunan bu konfranslar türkdilli ölkələr arasında elm, təhsil, sosial və mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Eyni zamanda, bu tədbirlər yüzlərlə türkdilli gənc alimin yetişməsinə, onların beynəlxalq elmi arenaya çıxışına şərait yaradır.

Seçilən
0
8
sabahinfo.az

9Mənbələr