AZ

Azərbaycan əsgərindən tarixə və təbiətə sevgi nümunəsi

DSX sadəcə dövlət  sərhədlərini deyil, həm də vətənin hər bir daşını, hər bir çiçəyini qoruyur...

 

Bugünlərdə Dövlət Sərhəd Xidmətinin "Qazax" Əlahiddə sərhəd diviziyasına media-tur təşkil edilib, jurnalistlər sərhədçilərin xidmət şəraiti ilə ətraflı tanış olublar. Media-tur zamanı jurnalistlərə açıqlama verən DSX-nın Sərhəd Qoşunlarının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev, sərhədçilərin  xidmət etdikləri ərazilərdə mədəni abidələri, flora və faunanı da qoruduğuna diqqət çəkib.

 

DSX zabitinin bu açıqlaması heç şübhəsiz Azərbaycan əsgərinin tarixə və təbiətə olan sevgi nümunəsii əks etdirir. Sərhədçilərimizin dövlət sərhədləri ilə yanaşı, həm də vətənin hər bir daşını, hər bir çiçəyini qoruması, onun tarixinə, flora və faunasına sahib çıxması hərbçilərimizin mənəvi böyüklüyündən, milli və ümumbəşəri dəyərlərə sadiqliyindən xəbər verir. Bu fakt sübut edir ki, Azərbaycan əsgəri toxunulmazlığına məsul olduğu sərhdələri qorumaqla birlikdə, vətənin tarixi irsini də hifz edir, gələcək nəsillərin bu irsdən faydalanmasına şərait yaradır. Azərbaycan sərhədçisi başa düşür ki, tarix keçmişlə gələcək arasında mənəvi körpü, ruhi bağlılıqdır və bu körpünü, bu bağlılığı qorumaq xalqın milli kimliyini, onun özünəməxsusluğunu qorumaq deməkdir.

 

Sərhədlərlə yanaşı, xidməti ərazilərdəki flora və faunanın qorunması həm də DSX-nın Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşı dünya naminə həmrəlik ili”nə, eyni zamanda ölkəmizdə keçirilməkdə olan COP29-a töhfəsi hesab edilə bilər. Bu gerçəklik təbiətin mühafizəsinə, ekosistemin qorunmasına hərbçilərimizin də böyk töhfə verdiyini, bu məsələyə böyük həssaslıqla yanaşdığını göstərir.

 

Və bütün bunların ümumiləşdirilməsi özlüyündə bu ölümsüz həqiqəti meydana çıxarır: Əsgəri sərhədi ilə yanaşı, daşını, torpağını, gülünü, çiçəyini qoruduğu, tarixinə sahib çıxdığı bir dövlət yenilməzdir və bu yenilməzliyin bir adı var – Azərbaycan!

 

Seymur ƏLİYEV

Seçilən
22
moderator.az

1Mənbələr