AZ

İrlandiyalı jurnalist: “Raketlər Zelenskinin dediyi kimi danışır, amma rus dilində”

Olaylar.az xəbər verir ki, irlandiyalı jurnalist Çey Bouz, sosial şəbəkə X-dəki paylaşımında Ukrayna prezidenti Vladimir Zelenskinin son açıqlamasına münasibət bildirib. O, Rusiya ordusunun yeni "Orejnik" raketi ilə Dnepropetrovskdəki hərbi-sənaye obyektinə endirdiyi zərbədən sonra Zelenskinin "raketlər özləri danışar" sözlərini şərh edib.

Bouz bildirib ki, raketlər həqiqətən də "danışır", lakin heç də Zelenskinin arzuladığı dildə yox:
"Raketlər şübhəsiz danışır. Ancaq rus dilində", - deyə o, qeyd edib.

Qeyd edək ki, Zelenski daha əvvəl ABŞ-nin Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün icazə verdiyi iddiaları ilə bağlı birbaşa təsdiq verməkdən yayınmış, bunun əvəzinə "raketlər özləri danışar" ifadəsini işlətmişdi.

Xatırladaq ki, Rusiya yeni "Orejnik" orta mənzilli raketindən istifadə edərək Ukraynanın hərbi sənaye obyektinə zərbə endirdikdən sonra Ukrayna, NATO-Ukrayna Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr