AZ

Dərinin düşməni:  Stress

Dərinin Dərinin düşməni:

Mütəxəssislər stressin bədəndəki bir çox sistemə mənfi təsir etdiyini və xüsusilə dəridə yaşlanmanı artırdığını bildiriblər.

E-saglam.az xəbər verir ki, dəri-zöhrəvi mütəxəssisi Dr. Çağdaş Koç stressin dəriyə təsir etdiyini və qocalmanı artırdığını bildirib. Onun sözlərinə görə, stress bədənimizdəki bir çox sistemə təsir edir:

"Xüsusilə dəridə qocalmanı artırır, stressə bağlı adrenalin və kortizol artır. Buna görə də dərinin qidalanması və qan tədarükü azalır, dəridə qocalma izləri yaranır, bunun xaricində dəridə quruluq əmələ gəlir.

Sızanağa meylli insanlarda sızanaqlara səbəb olur.

Stressə bağlı xəstələr dırnaqları ilə oynar və onları qırırlar, bu, tamamilə stressdən qaynaqlanır.

Stress səbəbiylə saç tökülməsinə tez-tez rast gəlirik. Xəstənin stressi aradan qalxdıqda saçlar yenidən uzanır".

Mütəxəssis qeyd edib ki, mümkün olduğu qədər özümüzü stressdən qorumalıyıq: "Hobbilərimizlə məşğul olmalıyıq və özümüzü bizi xoşbəxt edəcək sahələrə ayırmaq bizim üçün faydalı olar. Psixiatriya ilə də çox işimiz var. Əgər həqiqətən də stresslə bağlı səpgi və ya kəskinləşmə olduğunu düşünürüksə, mütləq psixiatra müraciət etməliyik".

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
29
e-saglam.az

1Mənbələr