AZ

Kartla ödənişlər artıb



Cari ilin oktyabr ayında Türkiyədə kredit kartları, debet kartları və digər kartlar ilə edilən ödənişlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78 faiz artaraq 1 trilyon 488 milyard lirəyə çatıb.

Newscenter.az Banklararası Kart Mərkəzinə (BKM) istinadən bildirir ki, təxminən hər 5 mağazadaxili kart ödənişindən 4-ü təmassız həyata keçirilib.

Müvafiq olaraq, oktyabr ayı etibarilə Türkiyədə kredit kartlarının sayı 127,8 milyon, debet kartlarının sayı 193,1 milyon, qabaqcadan ödənişli kartların sayı isə 109,5 milyon ədəd olub.

Kart ödənişlərinin 1 trilyon 252,6 milyard lirəsi kredit kartları ilə, 204,8 milyard lirəsi debet kartları ilə, 30,6 milyard lirəsi isə qabaqcadan ödənişli kartlarla həyata keçirilib.


Mehman Mehdiyev
Seçilən
21
newscenter.az

1Mənbələr