AZ

Amerikalı investor partladılmış “Şimal axını 2”ni almaq istəyir

Amerikalı sərmayədar Stiven Linç ABŞ hökumətindən Rusiyanın zədələnmiş “Şimal axını 2” qaz kəməri İsveçrənin iflas proseduru çərçivəsində hərraca çıxarılacağı təqdirdə ona təklif verməyə icazə verməsini xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” maliyyəçinin Maliyyə Nazirliyinə məktubuna istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, kölgədə qalmağa üstünlük verən Linç 20 ilini Moskvada bizneslə keçirib.

O, ABŞ rəsmilərinə və qanunvericilərə deyib ki, Amerikanın boru kəmərinə sahib olması Ukraynadakı münaqişəyə son qoymaq və ABŞ-ın uzunmüddətli maraqlarına xidmət etmək üçün Rusiya ilə istənilən sülh danışıqlarında təsir rıçaqlarını təmin edəcək.

Onun fikrincə, bu kəmərə sahib olmaq ABŞ və Avropa üçün qalıq yanacaq dövrünün sonuna qədər qitənin enerji təchizatına nəzarət etmək üçün unikal imkandır.

Seçilən
29
nocomment.az

1Mənbələr