AZ

Makqreqor təcavüzdə təqsirli bilindi – 250 min ödəyəcək


İrlandiyalı münsiflər heyəti keçmiş MMA döyüşçüsü Konor Makqreqoru 2018-ci ildə qadına təcavüz etməkdə təqsirli bilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Makqreqor zərərçəkənə 250 min avro ödəməli olacaq. İşə cinayət yox, mülki məhkəmədə baxıldı, bu da Makqreqorun həbs olunmaması deməkdir.
Hadisə 2018-ci ilin dekabrında baş verib. Qadının dediyinə görə, Makqreqor onu Dublindəki “Beacon” otelinin penthausunda zorlayıb və döyüb. Müayinə zamanı onun üzərində qançır və sıyrıqlar qeydə alınıb.
Seçilən
17
yeniavaz.com

1Mənbələr