AZ

"Lion"dan A Seriyasına

"Lion"un yarımmüdafiəçisi Rayan Çerki İtaliya çempionatının aparıcı klublarından birinə keçə bilər.

90deqiqe.Az-ın "Football Italia"ya istinadən verdiyi məlumata görə, 21 yaşlı futbolçunun xidmətində "Milan" maraqlıdır. "Lion" maliyyə problemlərinə görə əsas oyunçularından birini satmağa hazırdır.

“Toxucular” fransalı üçün təxminən 20 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, bundan əvvəl “Liverpul” və “Çelsi”nin də gənc yarımmüdafiəçini almaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Rayan Şerki bu mövsüm Fransa liqasında "Lion"un heyətində 7 oyun keçirib və bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
25
90deqiqe.az

1Mənbələr