AZ

Putinin şəkli olan köynəklər satışa çırarıldı - FOTO

Rusiya bazarlarında son günlər maraqlı və mübahisəli məhsul satışa çıxarılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, üzərində Vladimir Putinin təsviri və ballistik raketin buraxılışı səhnəsi olan köynəklər alıcılar arasında diqqət cəlb edib. Köynəklərdə "Крепкий Орешник" yazısı yer alıb.

Musavat.com xəbər verir ki, məhsulun dizaynı açıq şəkildə siyasi xarakter daşıyır və Kremlin təbliğatına bənzər bir motiv təqdim edir. Ballistik raket buraxılışı səhnəsi Rusiyanın hərbi gücünü vurğulayan simvolik bir element kimi qəbul edilir. Vladimir Putinin təsvirinin belə bir məhsulda istifadə edilməsi isə Rusiya cəmiyyətində mövcud siyasi rejimin populyarlaşdırılmasının bir göstəricisi kimi qiymətləndirilir.

Bu köynəklər ölkədaxili satılmaqla yanaşı, xaricdə yaşayan rusiyalılar arasında da sifariş olunur. Siyasi şüarlarla əlaqəli məhsulların belə geniş yayılması Rusiyanın müasir milli ideologiyasının gündəlik həyatın müxtəlif sahələrində əksini tapdığını göstərir.

Eyni zamanda, bu köynəklər ətrafında müxtəlif reaksiyalar ortaya çıxıb. Tənqidçilər bu cür məhsulların hərbi təbliğatı artırdığını və sülh çağırışlarını kölgədə qoyduğunu bildirir. Digər tərəfdən, bəzi vətəndaşlar bu məhsulları ölkənin liderinə dəstək və milli qürurun ifadəsi kimi qəbul edir.

Bu cür geyimlər daha əvvəl də Rusiya bazarlarında rast gəlinib, lakin "Крепкий Орешник" yazılı köynəklərin xüsusilə Ukrayna müharibəsi kontekstində satışa çıxarılması beynəlxalq mediada da diqqətə səbəb olub. Məhsulun arxasında hansı şirkətin və ya şəxsin dayandığı barədə məlumat hələ açıqlanmayıb. 

 

Musavat.com

photo_2024-11-22_22-14-21.jpg

Seçilən
10
musavat.com

1Mənbələr