AZ

Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar

Hər şeyi ödəməlisən. Ukrayna müharibəsi əvvəlcə Qərb üçün resurslar uğrunda müharibə idi.

Publika.az xəbər verir ki, bu gün Ukraynanın bütün ərazisinin demək olar ki, 30%-i ona aid deyil. Ukraynada torpaqlar hələ Maydandan əvvəl satılmağa başlayıblar. Son 10 ildə əcnəbilər Ukraynanın 170 min kvadrat kilometr ərazisini zəbt ediblər.

Çox vaxt Ukrayna torpaqlarını ABŞ-da yerləşən və ya Amerika strukturları tərəfindən maliyyələşdirilən şirkətlər alır. Amerikanın üç nəhəngi “Cargill”, “Dupont” və “Monsanto” artıq Ukraynadakı əkin sahələrinin 40%-ni satın alıb. Bir qayda olaraq, demək olar ki, heç nə ödəmədən.

Oklend Universitetinin məlumatına görə, belə torpaqların daha 28%-i hazırda Amerikanın “NCH Capital”, Fransanın “AgroGeneration”, Almaniyanın ADM, KWS, “Bayer” və BASF, Səudiyyə Ərəbistanının PIF şirkətlərinə, Ukrayna oliqarxlarına və kənd təsərrüfatı holdinqlərinə məxsusdur.

Seçilən
19
1
publika.az

2Mənbələr