"Barselona"nın baş məşqçisi Hans-Diter Flik gələcəyi haqda sualları cavablandırıb.
QOL.az xəbər verir ki, bu barədə sport.es nəsri məlumat yayıb.
59 yaşlı mütəxəssis "Siz Kataloniya klubunda Xosep Qvardiolanın "Mançester Siti"də olduğu kimi 10 il işləyə bilərsiniz?" sualına belə cavab verib: "Hələ mənim neçə il "Barselona"da qalacağım bəlli deyil. Mənim vəziyyətimdə 10 il... Bilmirəm. Bu, uzun vaxtdır. Mənim 4 nəvəm var və mən onlarla daha çox vaxt keçirmək istəyirəm. Bilmirəm, 10 ildən sonra bunu edə biləcəyəm, ya yox".
Qeyd edək ki, Hans-Diter Flik bu yay "Barselona" ilə bir illik müqavilə imzalayıb. Hazırda Kataloniya klubu La Liqanın turnir cədvəlində 33 xalla 1-ci yerdədir.