AZ

İran Qərbi uranın zənginləşdirilməsi üçün yeni sentrifuqlarla təhdid edib

"MAQATE-ni başqalarının siyasi ambisiyalarının təmin edilməsi platformasına çevirmək yolverilməzdir..."
 
MAQATE tərəfindən İranı ittiham edən qətnamənin qəbulundan sonra İran İslam Respublikası bəyan edib ki, buna müasir sentrifuqların quraşdırılması və buraxılışı ilə cavab verəcək, bu da ölkədə zənginləşdirilmiş uran istehsalını xeyli artıracaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
35 ölkədən ibarət olan MAQATE İdarəetmə Şurası cümə axşamı qəbul etdiyi qətnamədə İrana BMT-nin agentliyi ilə əməkdaşlığın yaxşılaşdırılması və yazadək Tehranın nüvə proqramının inkişafı barədə hesabat təqdim etməsi tapşırılıb.
 
Qətnamə layihəsinin mətnini təklif edən Qərb dövlətləri İrana təzyiq göstərərək onun Tehranın nüvə proqramlarının inkişafına yeni məhdudiyyərlər barədə danlışıqlara getməsinə nail olmaq istəyir.
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvar ayında vəzifəsinə başlayandan sonra danışıqlara dəstək verəcəyi ilə bağlı şübhələr var, "Reuters" agentıiyi yazıb.
 
İran tez-tez aparıcı dünya dövlətlərinin müqavimətinə rəğmən, nüvə texnologiyalarını inkişaf etdirən ölkəyə qarşı qətnamələrdən qəzəbini ifadə edir.
 
Bu ərəfədə isə İran XİN rəhbəri Abbas Araqçı müvafiq qətnamənin qəbulunun qarşısını almaq üçün bir sıra ölkələrdəki həmkarları ilə telefon söhbətləri aparıb və "sərəncamverici orqanın başqalarının siyasi ambisiyalarının təmin edilməsi platformasına çevrilməsinin" yolverilməz olduğunu bəyan edib.
 
"Belə addımın atılması agentliyin texniki və peşəkar funksiyalarını poza , MAQATE ilə İran arasında əməkdaşlığı sarsıda bilər", - Araqçı bəyan edib.
 
"Reuters" agentliyi məlumat verib ki, İran MAQATE-yə 60 faizədək zənginləşdirilmiş uranın 185 kq səviyyəsində məhdudlaşdırılması əvəzinə Qərb dövlətlərinin MAQATE Şurasında Tehrana qarşı qətnamənin qəbulunu təxirə salmaqla bağlı sövdələşmə təklif edib.
 
Lakin Qərb diplomatları İranın bu təklifini rədd edib, çünki bunu son məqamda Direktorlar Şurasında tənqiddən yan keçmək cəhdi kimi dəyərləndirib.
Seçilən
15
moderator.az

1Mənbələr