“Rusiyanın ən yeni ballistik raketi “Oreşnik”in sınaqları uğurlu olub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüşündə deyib.
Daha əvvəl isə Rusiya qoşunları həmin silahlarla Ukraynanın şərqində Dneprdəki “Yujmaş” hərbi zavoduna kütləvi zərbə endirib. Hücum nəticəsində iki nəfər xəsarət alıb.
Putin ballistik raketlərin yaradılmasında əməyi keçən komandaya təşəkkür edib.
Dövlət başçısı vurğulayıb ki, yeni sistemin fərqli xüsusiyyəti onun yüksək dəqiqliyidir ki, bunun da sayəsində “Oreşnik” kütləvi qırğın silahı kimi təsnif edilə bilməz. O, raketin yaradıcılarını dövlət mükafatları ilə təltif edəcəyini də bildirib.