AZ

İranın xarici işlər naziri İsrailə xəbərdarlıq edib

“İran İsrailin təcavüzünə cavab verməkdə tələsməyəcək və tərəddüd etməyəcək”.

Qaziler.az "Tasnim”ə istinadla xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi Livanın “Al Mayadeen” mediasına müsahibəsində deyib. Nəşrə açıqlamasında o, Tehranın nüvə obyektlərinə edilən hücumlarla bağlı qəti mövqeyini təsdiqləyib.

Əraqçi İranın müqavimət hərəkatları ilə bağlı dəyişməz mövqeyini təsdiqləyib və İsraili İranın nüvə obyektlərinə hücum etməkdən çəkindirib.

“İranın nüvə obyektlərinə zərbələr endirmək ciddi səhv olardı”, - deyən iranlı nazir İsraili istənilən təcavüzə qarşı xəbərdar edib. Onun sözlərinə görə, İsrail İranı təhrik edib regional müharibəyə sürükləməyə çalışıb, lakin İran onun tələsinə düşməmək üçün ağıllı davranıb.

Eyni zamanda İran Xarici İşlər Nazirliyinin rəhbəri İranın nüvə obyektlərinin zəifliyi ilə bağlı iddiaları rədd edərək, ölkənin hava hücumundan müdafiə sistemlərinin qüdrətini vurğulayıb və İsraili hər hansı bu cür hücumlara qarşı xəbərdar edib.

QAZİLER.AZ

Seçilən
18
qaziler.az

1Mənbələr