AZ

Medvedev: Rusiya raketi “Oрешник” Ukrayna münaqişəsinin gedişatını dəyişə bilər

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Al Arabiya telekanalına verdiyi müsahibəsində Rusiyanın yeni nəsil raketi “Oрешник”in Ukrayna münaqişəsinin gedişatını əhəmiyyətli dərəcədə dəyişə biləcəyini bildirib.

Medvedevin sözlərinə görə, bu raket texnologiyası müasir müharibə şəraitində Rusiyanın hərbi üstünlüyünü artıracaq və regionda balansı dəyişdirə bilər. “Oрешник” raketinin texniki xüsusiyyətləri açıqlanmasa da, onun yüksək dəqiqlik və dağıdıcı gücə malik olduğu vurğulanır.

Musavat.com -un məlumatına görə, müsahibə zamanı Medvedev, Qərbin Ukraynaya hərbi yardımlarını davam etdirməsinin münaqişənin uzanmasına gətirib çıxardığını və Rusiyanın bu cür texnologiyalarla müvafiq cavab verdiyini qeyd edib.

Hazırda “Oрешник” raketinin döyüş şəraitində tətbiqi və effektivliyi ilə bağlı daha geniş detallar ictimaiyyətə təqdim edilməyib.

 

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr