AZ

Moskva son 75 ilin ən yağışlı gününü yaşayıb

Noyabrın 21-i Moskvada son 75 ilin ən yağışlı günü olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.

Belə ki, ümumilikdə, Rusiya paytaxtına 17,9 millimetr yağıntı düşüb ki, bu da noyabr ayı normasının üçdə birinə yaxın olub. Dünənin sonunadək aylıq norma vaxtından əvvəl yerinə yetirilib.

Moskva vilayətinin qərb rayonlarına daha çox yağıntı düşüb. Liderlər gündəlik yağıntı rekordlarının yeniləndiyi Mojaysk və Volokolamsk olub.

Seçilən
22
2
qafqazinfo.az

3Mənbələr