AZ

"Qazprombank"a qoyulan sanksiya Macarıstanı çətin vəziyyətə salıb

Macarıstan, ABŞ-ın Gazprombanka qarşı tətbiq etdiyi sanksiyalardan sonra Rusiyadan qaz idxalı üçün ödəniş etmək yolunu axtarır, bu məsələ dekabrın 20-ə qədər texniki həllini tapmalıdır. Bunu Anews.az-a  açıqlamasında  Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib.

"Ödənişin növbəti tarixi dekabrın 20-sinə təsadüf edir. Bu tarixə qədər məsələnin texniki həllini tapmaq üçün demək olar ki, bir ay vaxtımız var," – deyə o, İstanbul Enerji Forumunun kənarında jurnalistlərə açıqlama verib.
 

Bu arada Macarıstanın MVM CEEnergy şirkəti Türkiyənin dövlət qaz şirkəti BOTAŞ ilə yeni qaz idxalı müqaviləsi barədə danışıqlar aparır. Bu barədə Anews.az–a şirkətin baş direktoru  Laszlo Fritsch bildirib.


2023-cü ildə iki ölkə arasında ilk belə müqavilə çərçivəsində MVM BOTAŞ ilə təxminən 300 milyon kubmetr qaz idxal etmək üçün razılaşma imzalayıb.

"Biz 2025-ci il üçün yeni bir müqavilə üzərində işləyirik... hazırda daha böyük həcmdə qaz idxalına nail olmağı hədəfləyirik," – Laszlo Fritsch İstanbul Enerji Forumunun kuluarlarında söhbəti zamanı bildirib. 

 

O, qeyd edib ki, Rusiya qazı, dənizə çıxışı olmayan ölkənin enerji balansında əsas rol oynamağa davam edəcək, və əlavə edib ki, "TürkAxını" əsas idxal marşrutudur.


"Yalnız LNG-yə güvənə bilmərik, çünki o, uzaqdan gəlir.  Rusiya qazı isə hələ də bu regionda rəqabətə davamlıdır," –  Fritsch bildirib.

 

N.Təbrizli



www.anews.az
Seçilən
14
36
anews.az

10Mənbələr