Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında bu gün növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda səfərdə “Paderborn” ilə qarşılaşır.
Görüşdə hesab 2:2-dir. Emreli komandasının ilk qolunda pay sahibi olub. O, həmin topun məhsuldar ötürməsini verib.
“Nürnberq” 12 turdan sonra 18 xalla 7-ci sıradadır. Aktivində 21 xal olan “Paderborn” isə ikinci pillədə qərarlaşıb.
22 noyabr
Bundesliqa 2
21:30. “Paderborn” - “Nürnberq” 2:2
"Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
AFFA-da "Sabah" klubunun futbolçuları ilə görüş keçirilib
Azərbaycan kikboksçusu dünya çempionu olub
"Zirə"nin kapitanı zədəsini sağaldıb
Anton Krivotsyuk yenidən Azərbaycana qayıdır - Özəl