AZ

2024-cü ildə dünyada rekord sayda yardım işçisi öldürülüb - BMT

2024-cü ildə dünyada rekord sayda yardım işçisi öldürülüb - BMT

Bu ilin ötən dövründə dünyada 281 yardım işçisi öldürülüb və 2024-cü il humanitar işçilər üçün ən ölümcül il olub.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer deyib. “Humanitar işçilər görünməmiş sürətlə ölür, onların cəsarət və insanlığı güllə və bombalarla qarşılanır” - deyə o bildirib.Tom Fletçerin sözlərinə görə, 2024-cü ilə bir aydan çox vaxt qalıb, “qorxunc mərhələyə” çatılıb: "2023-cü il ərzində 33 ölkədə 280 humanitar işçi öldürülüb. Bu zorakılıq vicdansızlıqdır və yardım əməliyyatları üçün dağıdıcıdır. Dövlətlər və münaqişə tərəfləri humanitar işçiləri müdafiə etməli, beynəlxalq hüquqa hörmət etməli, günahkarları təqib etməli və cəzasızlıq dövrünə son qoymalıdır”.BMT rəsmisi qeyd edib ki, İsrailin Qəzzadakı dağıdıcı müharibəsi ölənlərin sayının artmasına səbəb olub: "Yaxın Şərq münaqişəsi sonuncu dəfə 2023-cü ilin oktyabrında alovlanandan bəri orada 333 yardım işçisi həlak olub".Fletçerin sözlərinə görə, ölənlərin əksəriyyəti qeyri-hökumət təşkilatları, BMT agentlikləri və Qızıl Xaç və Qızıl Aypara hərəkatı ilə işləyən yerli işçilərdir.“Humanitar personala qarşı zorakılıq münaqişə zonalarında mülki şəxslərə zərərin daha geniş tendensiyasının bir hissəsidir” - deyə o xəbərdarlıq edib.

Seçilən
14
afn.az

1Mənbələr