AZ

Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib

Rusiya Prezidenti Vladimir Putin “Oreşnik” raket sisteminin seriyalı istehsalını elan edib.

“Report” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya lideri müvafiq bəyanatı Müdafiə Nazirliyi rəhbərliyi və Rusiyanın müdafiə sənaye kompleksi nümayəndələri ilə müşavirədə səsləndirib.

“Hesab edəcəyik ki, bu sistemin seriyalı istehsalı ilə bağlı qərar qəbul edilib. Bəli, əslində, o, praktiki olaraq təşkil edilib”, – Putin əlavə edib.

O vurğulayıb ki, bu silahın xüsusi gücünü və qüdrətini nəzərə alaraq, sistem “məhz Strateji Təyinatlı Raket Qoşunlarının silahlanmasına veriləcək”.

Qeyd edək ki, noyabrın 21-də Rusiya qoşunları Ukraynanın şərqində Dneprdəki “Yujmaş” hərbi zavoduna kütləvi zərbə endirib. Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.

Rusiya Prezidenti öz vətəndaşlarına müraciətində Rusiyanın nüvəsiz hipersəs təchizatlı ballistik raketlə zərbə endirdiyini bildirib.

Seçilən
18
50
xalqqazeti.az

10Mənbələr