AZ

Paşinyan İstintaq Komitəsinin rəhbəri postuna namizədini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində Baş prokurorun müavini Artur Poqosyanın İstintaq Komitəsinin (İK) rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Əvvəllər mətbuatda Poqosyanın korrupsiya sövdələşmələrində iştirakı ilə bağlı məlumatlar yayılıb. Paşinyan qeyd edib ki, analoji şayiələr ona hələ 2020-ci ildə və daha sonra Poqosyan Milli Təhlükəsizlik Xidmətinin (SNB) istintaq şöbəsinə rəhbərlik edəndə də gəlib. Lakin erməni baş nazirin sözlərinə görə, hərtərəfli yoxlamadan sonra bu ittihamlar təsdiqini tapmayıb.

Paşinyan əlavə edib ki, Dövlət Gəlirləri Komitəsinin rəhbəri postuna bir neçə namizəd nəzərdən keçirilir, lakin onlarla əlavə müzakirələr tələb olunur.


Mənbə: unikal.az

Seçilən
10
17
unikal.az

10Mənbələr