Almaniyanın xarici işlər naziri Annalena Barbök 17 illik evliliyindən sonra əri, PR meneceri Daniel Holeflyaşdan boşanır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Bild” nəşri onların birgə bəyanatına istinadən yayıb.
Cütlüyün bəyanatında qeyd olunur ki, bir müddət əvvəl uzun müddət davam edən proses nəticəsində birlikdə qərar veriblər ki, artıq birlikdə olmamalıdırlar: “Uşaqlarımızın rifahı üçün sizi ailəmizin şəxsi həyatına hörmətlə yanaşmağa çağırırıq".
Onlar boşanma səbəblərini açıqlamasalar da, yeni tərəfdaşlarının olmadığını vurğulayıblar.
Barbök və Holeflyaş 20 il əvvəl Yaşıllar Partiyasında işləyərkən tanış olublar. Onların 9 və 13 yaşlı iki qızı var. Nəşr aydınlaşdırır ki, Berbok işlədiyi müddətdə ev və uşaqlarla əri məşğul olub.
Musavat.com