AZ

"COP29-da əlilliyi olan şəxslərin iqlim dəyişikliyi məsələlərinə tövhələri müzakirə olundu" - Səbinə Kərimova

"COP29, iqlim dəyişikliyinin yaratdığı  mənfi təsirlər xüsusilə əlilliyi olan şəxslərin həyatını çətinləşdirir. Bu tədbirlərdə əlilliyi olan şəxslərin problemləri ilə  bağlı bir çox məsələlər müzakirə olundu. Bu onların hüquqları, fövqəlada hallar zamanı yarana biləcək çətinliklər və s. Bununla yanaşı beynəlxalq təcrübə də öyrədilidi. Əsas  iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə əlilliyi olan şəxslərin ehtiyacları gündəmə gətirildi və bu sahədə beynəlxalq təcrübələr öyrənildi".

Bu sözləri QHT.az-a özəl açıqlamasında Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib. Onun sözlərinə görə, təqdirəlayiq haldır ki, COP29 məkanında əlilliyi olan şəxslərə əl işlərindən ibarət  ayrıca bir panel ayrılmışdır və paneldə onlar öz əl işləri orada nümayiş etdirirdilər və  gələn qonaqlar onların əl işləri ilə tanış oldular:

"Gələn qonaqlar əlilliyi olan şəxslərin çox gözəl bilik və bacarığa malik olduğlarının şahidi oldular. Sərgidə iştirak edən əlilliyi olan şəxslər dünya ictimayyətinə də mesaj göndərirlər ki, biz hec də sağlam insanlardan geri qalmırıq və biz də öz tövhəmizi yer kürəsinin baş verən dəyişikliklərə , iqlim  dəyişkənliyinə qarşı mübarizə apara bilərik və bu sahədə bizə də öz töhfələrimizi verə bilərik".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
14
qht.az

1Mənbələr