№ 481 Bakı şəhəri, 20 noyabr 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli 112 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465, № 7, maddələr 891, 903; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 sentyabr tarixli 382 nömrəli, 25 sentyabr tarixli 443 nömrəli, 15 oktyabr tarixli 453 nömrəli və 31 oktyabr tarixli 467 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7402 00 000 0, 7403 12 000 0, 7403 13 000 0, 7403 19 000 0, 7403 21 000 0, 7403 22 000 0, 7403 29 000 0, 7405 00 000 0, 7407 10 000 0, 7407 29 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “31.12.2024-cü il” sözləri “31.12.2029-cu il” sözləri ilə əvəz edilsin;
1.2. 7403 11 000 0, 7407 21 100 0, 7407 21 900 0, 7408 11 000 0, 7408 19 100 0, 7408 19 900 0, 7408 29 000 0, 7409 11 000 0, 7409 19 000 0, 7409 21 000 0, 7409 29 000 0, 7409 31 000 0, 7409 39 000 0, 7409 90 000 0, 7411 10 100 0, 7411 10 900 0, 7411 21 100 0, 7411 21 900 0, 7411 29 000 0, 7412 10 000 0, 7412 20 000 0, 7413 00 000 0, 7415 21 000 0, 7415 29 000 0, 7415 39 000 0, 7419 20 000 0, 7419 80 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununa “1000 kq – 15 ABŞ dolları” sözlərindən sonra “, 31.12.2029-cu il tarixinədək 1000 kq – 300 ABŞ dolları” sözləri əlavə edilsin.
2. Bu Qərarın 1.1-ci bəndi dərc edildiyi gündən 30 (otuz) gün sonra, 1.2-ci bəndi 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri