AZ

Eks “Qalatasaray”lı hücumçu: “Bu, burada da bitməlidir”

"Düşünürəm ki, fasilə bizə müsbət təsir göstərə bilər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumçusu Jesse Sekidika deyib.

Azərbaycanda ikinci mövsümünü keçirən sabiq “Qalatasaray”lı legioner milli komandaların oyunlarına görə Premyer Liqada yaranan 2 həftəlik fasilənin "Sabah"a müsbət təsir göstərdiyini söyləyib.

28 yaşlı nigeriyalı uğursuzluq zolağından çıxacaqlarını qeyd edib:

“Fasilə müddətində müxtəlif aspektlər üzərində çalışaraq özümüzü daha da təkmilləşdirdik. Bərpa oluna, həmçinin yol verdiyimiz səhvlər üzərində çalışaraq onları aradan qaldıra bildik.

Bu müddətdə müəyyən detallar üzərində çalışmaq və daha güclü qayıtmaq çox önəmli idi.

Fikirləşirəm ki, qarşıdakı turlar bizim üçün uğurlu olacaq. Altı turluq qələbəsizlik seriyası burada da bitməlidir”.

Seçilən
9
sportinfo.az

1Mənbələr