AZ

Saakaşvili ümidsizdir: “Ölkəni itirəcəyik”

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili tərəfdarlarını “balerina oynamağı” dayandırmağa və “ölkəni qaytarmaq” üçün radikal etiraz formalarına müraciət etməyə çağırıb.

 

Oxu24.com xəbər verir  ki, həbsdə olan eks-prezident sərhədi qanunsuz keçmə ilə bağlı keçirilən növbəti müşavirədə həmfikirlərinə müraciət edib.

Siyasətçi 2022-ci ilin mayında səhhətinin pisləşməsi ilə əlaqədar köçürüldüyü Tbilisidəki Vivamed klinikasından videobağlantı vasitəsilə əlaqə saxlayıb. Saakaşvilinin sinəsində qara ləkə olan stiker var idi - Gürcüstanda seçki saxtakarlığına etiraz edənlərin istifadə etdiyi stiker.

“Ölkə əlimizdən alınır. Ya müqaviməti davam etdirib ölkəni geri alacağıq, ya da müqaviməti dayandıracağıq və Gürcüstan müstəqil ölkə olaraq mövcudluğuna son qoyacaq...”

 

Nigar

 

Seçilən
6
4
oxu24.com

10Mənbələr