AZ

Evdə bioloji yaşı təyin etməyin YOLU

Ufada Respublika Xalq Sağlamlığı və Tibbi Profilaktika Mərkəzinin mütəxəssisləri bioloji yaşı və ümumi sağlamlığı müəyyən etməyə imkan verən üsul hazırlayıblar.

Qaziler.az xəbər verir ki, metod qurumun “Vkontakte” sosial şəbəkəsində paylaşılıb. Paylaşımdan göründüyü kimi bu, bədənin balansını yoxlamağa əsaslanır.

“Çoxlarımız tarazlığı qorumaq bacarığının sadəcə bir bacarıq deyil, sağlamlığın əsas göstəricilərindən biri olduğunu düşünmürük. Mütəxəssislər insanlar arasında güclü və mobil hesab oluna bilməsi üçün insanın bir ayaq üstə nə qədər dayanmalı olduğunu hesablayıblar”, - Paylaşımda qeyd olunub.

Sınaqdan keçmək üçün gözləriniz bağlı vəziyyətdə, tarazlığı bir ayağınızla saxlamağa çalışmalısınız. Müxtəlif yaş kateqoriyaları üçün balans vaxtı fərqlidir.

Məsələn, 18-39 yaş arası insanlar üçün 43 saniyə, 40-49 yaş üçün - 40 saniyə, 50-59 yaş üçün - 37 saniyə norma hesab olunur. 60 yaşdan 69 yaşa qədər olan insanlara gəlincə, onların 30 saniyə, 70-79 yaşlarında onların isə 18-19 saniyə ərzində tarazlığı saxlamaları kifayətdir.

QAZİLER.AZ

Seçilən
18
qaziler.az

1Mənbələr