“Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var”.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
O əlavə edib ki, Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün özündən asılı olan hər şeyi edəcək.