AZ

Ukraynada yaranan son vəziyyət müzakirə edilib

Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun Baş katibi Mark Rütte Ukraynada vəziyyəti və Kiyevə gələcək yardım imkanlarını müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası tərəfindən yayılan bəyanatda deyilir.

“Onlar söhbətə Ukraynada vəziyyətin müzakirəsi ilə başlayıblar və qış ərəfəsində Ukraynanın mümkün qədər güclü mövqe tutmasına kömək etməyin vacibliyini vurğulayıblar”, – bəyanatda qeyd olunub.

Söhbət zamanı Rusiya və KXDR arasında hərbi əməkdaşlıq məsələsi də müzakirə edilib. Həmsöhbətlərin fikrincə, bu yaxınlaşma "Avro-Atlantik regionun təhlükəsizliyinin Hind-Sakit okean regionunun təhlükəsizliyindən ayrılmaz olduğu faktını" bir daha vurğulayıb.

Alyansın “kollektiv müdafiəsinin” gücləndirilməsi və üzv ölkələrin hərbi xərclərinin artırılması zərurəti də vurğulanıb. Starmer xüsusilə gələn ilin yazında krallığın ÜDM-nin 2,3 %-dən 2,5 %-ə qədər müdafiə xərclərinin artırılması planını təqdim edəcəyinə söz verib.

Seçilən
16
2
ikisahil.az

3Mənbələr