"Liverpul"un baş məşqçisi Arne Slot komandadakı son vəziyyətlə bağlı açıqlama verib.
90deqiqe.Az niderlandlı çalışdırıcının dediklərini belə çatdırıb.
“Alisson? Hər kəslə diqqətli oluruq, xüsusən də əzələ zədələrinə gəldikdə. Alisson komanda ilə yox, qapıçılarla məşq edir. O, sağalır, lakin bazar gününə hazır deyil. Van Deyk yaxşıdır. Bu gün o, komanda ilə məşq edir. Alexander-Arnold ümumi qrupla məşq etmir, amma tezliklə bizə qayıdacaq. Elliott yenidən məşq edir, bu müsbət haldır. Bir neçə həftə qaçırdı, amma indi yenidən işləyir. Jota hələ də Kyeza kimi ümumi komanda ilə birlikdə məşq etmir. Önümüzdəki həftələrdə geri qayıdacaqlar”