Süni intellekt dedikdə, ilk ağla gələn tətbiqlərdən biri "ChatGPT"dir. "OpenAI" şirkəti tərəfindən hazırlanan bu model müxtəlif xüsusiyyətlərə malikdir və istifadəçilərə fərqli imkanlar təqdim edir. Bu imkanlardan biri də özünüzü və ya həyatınızı təsvir edən görüntülər yaratmaqdır."ChatGPT" yalnız mətnlər yaratmaq və sualları cavablandırmaqla kifayətlənmir. İstifadəçilər həmçinin öz həyatlarını və düşüncələrini vizual olaraq təsvir edə bilərlər. Lakin "ChatGPT" özü bir vizual yaradıcı deyil; bu xüsusiyyət onun digər süni intellekt sistemləri, məsələn, DALL-E ilə birləşməsi nəticəsində mümkün olur.İnsanlar bu xüsusiyyətdən istifadə edərək özlərini və ya həyatlarını təsvir edən şəkillər əldə edir və bu görüntüləri sosial mediada paylaşırlar."ChatGPT"dən özün haqda bildiklərini soruş1. ChatGPT-yə giriş edin: Tətbiq və ya platformaya daxil olun.2. Yeni söhbət başladın: Sual və ya prompt daxil etmək üçün bir pəncərə açın.3. Əmr verin: “Həyatımı necə təsəvvür edirsənsə, o görüntünü yarat” kimi bir əmr yaza bilərsiniz.4. Təsviri daha da dəqiqləşdirin: Məsələn, hansı mühitdə olmaq istədiyinizi, hansı rənglərin üstünlük təşkil etdiyini və ya hansı hissləri əks etdirmək istədiyinizi təsvir edin.Nəticəni əldə edin: ChatGPT məlumatları DALL-E kimi vizual yaradıcıya ötürərək nəticəni təqdim edir.Bu xidmətlərdən istifadə edərkən şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. Süni intellekt proqramları ilə əlaqəli təhlükəsizlik məsələlərini nəzərə alın və şəxsi məlumatlarınızı yalnız lazım olduğu qədər paylaşın.