AZ

Üzüm və əlavə 5 il ömür

Müntəzəm olaraq üzüm yeyilməsi ömrü 5 il uzada bilir. Braziliyalı təbii vasitələrlə müalicə mütəxəssisləri üzümün ömrü necə uzada biləcəyinə aid apardıqları tədqiqatların nəticəsini açıqlayıblar.

Onlar jurnalistlərin bu barədə suallarını belə cavablandırıblar:

– Üzümdə olan kimyəvi maddələr zərərli xolesterini salır, bağırsaqda faydalı mikrobiomu artırır.

Üzüm giləmeyvədir, onda olan antioksidantlar iltihabı azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır.

Bundan başqa üzümün çox istifadəsi beyinə də yaxşı təsir edir.

Yaşlılıq xəstəlikləri hesab edilən alzheymer və demensiyadan qoruyur.

Siçanlar üzərində təcrübə göstərib ki, üzüm onların sağlamlığını artırıb və ömürlərini 3–5 il uzadıb.

Hazırda üzümün hər növünün bol olan vaxtıdır. Buna görə də mütəxəssislər bacardıqca bol üzüm yeməyi tövsiyə edirlər.

Z.HÜSEYNLİ
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr