AZ

Paşinyan Ermənistanla Avropa İttifaqı arasın da münasibətdən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan cəmiyyətinin respublikanınAvropa İttifaqı ilə yaxınlaşmasına müsbət münasibət bəslədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“ Avropa İttifaqı ilə yaxınlaşma məsələsində ictimai konsensusun olduğunu söyləməyə cəsarət etmirəm. Amma cəmiyyətdə bu məsələyə müsbət münasibətin olması şübhəsizdir. Mən bu gündəliyi Ermənistan və Avropa İttifaqı üçün təklif etmişəm”, - Paşinyan qeyd edib.

Bundan əlavə, o əlavə edib ki, Avropa İttifaqına üzvlüklə bağlı referenduma qarşı çıxmaq məntiqsizdir.

Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərdə son dövrlər baş verən hadisələrə də toxunub və qeyd edib ki,İrəvanla Bakı arasında danışıqlar prosesində müəyyən müsbət dəyişikliklər müşahidə olunub .

Bu yaxınlarda Ermənistan Mərkəzi Seçki Komissiyası qərbyönlü qüvvələrin təşəbbüsü ilə respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanunun parlamentə təqdim edilməsi üçün toplanmış imzaların həqiqiliyini yoxlamağa başlayıb.


Müəllif: Arzu
Seçilən
16
teleqraf.com

1Mənbələr