AZ

Texasda məktəblərdə "İncil" tədris olunacaq - İlk dəfə

ABŞ-ın Texas ştatının Təhsil Şurası 22 noyabrda hazırlıq sinifindən 5-ci sinfə qədər olan uşaqlar üçün "İncil" dərslərinin ibtidai təhsil proqramına daxil edilməsi üçün səs verib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təhsil proqramının tətbiqi məcburi deyil. Lakin onu tətbiq edən məktəblər ştatdan əlavə maliyyə dəstəyi alacaq.

Proqram Texasın qubernatoru Qreq Abbott tərəfindən dəstəklənib.

Tədris proqramı bir neçə ştatda dini mövzuların dövlət məktəblərində daha çox ön plana çıxarılması məqsədi ilə respublikaçıların apardığı təşəbbüslərin bir hissəsidir.

Oklahomada Təhsil Departamentinin rəhbəri hər bir sinifdə İncilin nüsxəsinin olmasını əmr edib, Luziyanada isə siniflərdə "İncil"in On Əmrini asmaq qərarı verilib. Lakin bir federal hakim bu əmri bloklayıb.

Zaur, BakuPost
Seçilən
12
bakupost.az

1Mənbələr