AZ

Paşinyan sms vasitəsilə bəzi nazirlərə istefa vermələri barədə tapşırıq verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi nazirlik və idarələrin rəhbərlərinə istefa vermələri barədə təlimat verib.

Bizim.Media xəbər verir ki, o, bu barədə ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.

Qeyd edilib ki, Paşinyan müraciətini sms vasitəsilə gerçəkləşdirib: “Bazar günü axşam saatlarında istefa vermələrini xahiş etdiyim rəhbərlərə sms göndərdim. Bu cür qərarların mətn şəklində olması mənim üçün vacibdir ki, sonradan heç bir uyğunsuzluq olmasın”.

Bizim.Media

Seçilən
19
11
bizim.media

10Mənbələr