Fransa çempionatında 12-ci tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış matçında “Monako” öz meydanında “Brest”i qəbul edib. 5 qolun vurulduğu görüşdə sevinən tərəf meydan sahibləri olub.
“Monako” - “Brest” - 3:2
Qollar: Maqnes Akliouçe, 5 (1:0), Aleksandr Qolovin, 24 (2:0), Abdullah Sima, 50 (2:1), Maqnes Akliouçe, 90+1 (3:1), Ludovik Ajorque, 90+6 (3:2)
Bu qələbə sayəsində xallarının sayıın 26-ya çatdıran “Monako” turnir cədvəlində ikincidir. “Brest” isə 13 xalla 12-ci pillədə qərarlaşıb.