AZ

55 milyon avro ödəmə qərarı qüvvədə saxlanıldı - Məhkəməni uduzdular

Fransa Futbol Federasiyası PSJ klubunun keçmiş oyunçusu Kilian Mbappeyə olan borcun ödənilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətini rədd edib.

Sportinfo.az xəbər verir ki, federasiyanın Paris klubunun futbolçuya 55 milyon avro ödəməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Mbappe köhnə müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən PSJ-dən FFF və UEFA-ya şikayət edib.

Günahı sübut olunarsa, kluba transfer qadağası qoyula və hətta UEFA lisenziyası ləğv edilə bilər. Bu da komandanın UEFA Çempionlar Liqasından kənarlaşdırılması anlamına gələcək.

Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib və klub tarixində ən çox qol vuran futbolçudur. 25 yaşlı hücumçu 2024-cü ilin yayında azad agent kimi İspaniya təmsilçisi “Real”la müqavilə imzalayıb.

Seçilən
33
sportinfo.az

1Mənbələr