Almaniya Bundesliqasının 11-ci turunda "Bavariya" "Auqsburq"u qəbul edib.
seher.media xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Oyunda hər üç qolu Harri Keyn vurub.
Bununla da "Bavariya" xallarının sayını 29-a çatdırıb və turnir cədvəlinə rəhbərlik edir. "Auqsburq" 12 xalla 13-cü yerdədir.
Növbəti turda Münhen klubu Dortmund "Borussiya"sı ilə qarşılaşacaq (30 noyabr).