Qadın futbolçulardan ibarət Azərbaycan millisi Rusiya yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qarşılaşmalar Soçi şəhərində reallaşacaq. Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv ilk görüşünü noyabrın 28-də "Fişt" stadionunda, ikinci matçını isə dekabrın 2-də “Soçi” klubunun təlim-məşq bazasında keçirəcək.
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq hər iki oyun azarkeşsiz təşkil olunacaq.